00:00 - Günün qoroskopu-23.05.2022
23:04 - Köhnə "iPhone"-lar "WhatsApp"-ı dəstəkləməyəcək
22:31 - Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib-FOTO, YENİLƏNİB
22:24 - Təbəssümünü sədəqə ver...
21:56 - Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək
21:37 - Brüsseldə növbəti görüş Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunu sübut edir-FOTO
21:21 - Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
20:45 - Nikol Paşinyanın Şarl Mişellə təkbətək görüşü başlayıb-YENİLƏNİB
20:44 - Çavuşoğlu NATO baş katibi ilə danışıb
20:37 - Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Mayın 10-da - xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoydular.
Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoydular.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüldü.