SON DƏQQƏ

naxcivanxeberleri.com

Dövlət qurumları yeni binada fəaliyyət göstərəcək - FOTOLAR

Dövlət qurumları yeni binada fəaliyyət göstərəcək - FOTOLAR
14-05-2019, 19:28

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, mayın 14-də Ordubad şəhərində dövlət qurumları üçün yeni bina istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, bina 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Ordubad rayon şöbəsi, Ordubad Rayon Qeydiyyat Şöbəsi, ikinci mərtəbədə Ordubad Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik və Ordubad bələdiyyəsi yerləşir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Ordubad rayon şöbəsi üçün kompüterlə təmin edilmiş müasir iş otaqları istifadəyə verilib. Fiber-optik xəttin çəkilməsi, sürətli internet və proqram təminatı torpaq və əmlak məsələləri ilə bağlı sənədləşmənin elektron formada aparılmasına imkan verir.

Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Qənbərov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: Aparılan abadlıq və quruculuq işləri, tikilən məktəblər, çəkilən yollar, salınan park və xiyabanlar qədim Ordubad şəhərin simasını xeyli dəyişib. Yeni iş yerləri açılıb, insanların rifahı yaxşılaşıb. Həmçinin şəhərdə yeni içməli su və kanalizasiya sistemləri quraşdırılıb. Bütün bunlar dövlətimizin insan amilinə verdiyi dəyərin, göstərdiyi qayğının təzahürüdür.

Ordubad Rayon Qeydiyyat Şöbəsinin rəisi Səriyyə Hüseynova fəaliyyəti üçün hərtərəfli şəraitin olduğunu bildirib və minnətdarlıq edib.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, dövlət təşkilatları ilə vətəndaşlar arasında sənəd dövriyyəsinin, xüsusilə də əmlak və torpaq məsələləri ilə bağlı müraciətlərin elektron formada qəbulu və cavablandırılması barədə tapşırıqlar verib.



Dövlət qurumları yeni binada fəaliyyət göstərəcək - FOTOLAR
Dövlət qurumları yeni binada fəaliyyət göstərəcək - FOTOLAR
Dövlət qurumları yeni binada fəaliyyət göstərəcək - FOTOLAR

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930