00:00 - Günün qoroskopu-23.05.2022
23:04 - Köhnə "iPhone"-lar "WhatsApp"-ı dəstəkləməyəcək
22:31 - Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib-FOTO, YENİLƏNİB
22:24 - Təbəssümünü sədəqə ver...
21:56 - Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək
21:37 - Brüsseldə növbəti görüş Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunu sübut edir-FOTO
21:21 - Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
20:45 - Nikol Paşinyanın Şarl Mişellə təkbətək görüşü başlayıb-YENİLƏNİB
20:44 - Çavuşoğlu NATO baş katibi ilə danışıb
20:37 - Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır
Dövlət başçısı: "Xalq qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır"
"Mən Zeynalabdin Tağıyevin şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşmışam. Hələ 2000-ci illərin əvvəllərində, - mən hələ Prezident deyildim, - onun qəbrinin yerləşdiyi Pirhəsən ziyarətgahı mənim təşəbbüsümlə abadlaşdırıldı və qəbrin ətrafında olan ərazi yeni görkəm aldı".
NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında bildirib.
"Prezident seçiləndən sonra dərhal mənim təşəbbüsümlə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edildi, həm onun yaşadığı evin bir hissəsi muzey kimi qaldı, eyni zamanda, Tarix Muzeyində bizim tariximizin müxtəlif dövrlərini əhatə edən eksponatlar nümayiş etdirilir.
Bu gün mən çox şadam ki, Zeynalabdin Tağıyevin abidəsi Bakıda ucaldılıb. O, buna layiq idi. Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır.
Bir daha əziz xalqımı bu münasibətlə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun", - Prezident vurğulayıb.