SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər
6-12-2021, 14:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfər ediblər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olub, “Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.

Dövlətimizin başçısı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə, Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub və Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüb, qəsəbə sakinləri ilə birgə ulu öndər Heydər Əliyevin Qonaqkənd qəsəbəsində ucaldılan abidəsinin önünə gül dəstəsi qoyublar.

Sonda xatirə şəkli çəkdirildi.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031