SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dırnıs kəndində əhaliyə nümunəvi tibbi xidmət göstəriləcək - FOTO

Dırnıs kəndində əhaliyə nümunəvi tibbi xidmət göstəriləcək - FOTO
3-12-2021, 19:48

Muxtar respublikada əhalinin sağlamlığı diqqət mərkəzində saxlanılır, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Son illər kənd yaşayış məntəqələrində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşıyır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, dekabrın 3-də Dırnıs kəndində həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə ocağında yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, kənd mərkəzində yerləşən həkim ambulatoriyasında baş həkim, stomatoloq, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat otaqları və aptek vardır. Həkim ambulatoriyası stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa,  qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi avadanlıqlarla təmin edilib.

Ambulatoriyanın baş həkimi Əhəd Cəfərli yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Əvvəllər uyğunlaşdırılmış binada fəaliyyət göstərirdik. Bu gün isə bizim üçün müasir iş şəraiti yaradılmışdır. Ambulatoriya 5 kəndə xidmət edir. Çalışacağıq ki, göstərilən etimadı doğruldaq, bundan sonra da əhaliyə daha yaxşı xidmət göstərək”.

Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi, rayon mərkəzindən həkim briqadalarının göndərilməsi, bu sahədə broşürlərin hazırlanması barədə tapşırıqlar verib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31