SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ali Məclisin Sədri Sərəncam imzaladı

Ali Məclisin Sədri Sərəncam imzaladı
24-11-2021, 15:26

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 24-də “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­­səsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında xalça və xalça məmulatlarının istehsalını, satışını və bu sahənin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış cəmiyyətin nizamnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat  Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görsün".

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031