SON DƏQİQƏ

naxcivanxeberleri.com

3 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub - FOTO

3 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub - FOTO
22-11-2021, 19:13

Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri əsas götürülərək ölkəmizdə yol təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Göynük kənd avtomobil yolu da yenidən qurulub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, noyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, ümumi uzunluğu 9,5 kilometr olan Nəcəfəlidizə-Nəhəcir-Göynük kənd avtomobil yolunun yatağı genişləndirilib, 2,2 kilometrə asfalt örtük verilib. Hazırda tikinti işləri davam etdirilir. Yolda 38 metal boru, 20 beton su keçidi qoyulub, 3 körpü təmir edilib, 1230 metr su kanalı çəkilib.

Ali Məclisin Sədri Nəhəcir-Göynük kənd avtomobil yolunda işlərin davam etdirilməsi barədə tapşırıq verib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031