14:50 - Azərbaycan və Fələstin XİN başçıları görüşüb
14:45 - Premyer Liqa: “Zirə” – “Neftçi” və “Sabah”– “Qəbələ” oyununun hakimləri açıqlanıb
14:40 - Xaricdə təhsil üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb
14:35 - Ermənistanın baş naziri və Aİ Şurasının Prezidenti arasında telefon danışığı olub
14:30 - 31 martda soyqırımına məruz qalan azərbaycanlıların xatirəsi Eskişehirdə anılıb-FOTO
14:25 - Ekspert: “Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı daha da səmərəli edəcək”
14:22 - XİN: "Ermənistan qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır"
14:20 - Rəsmi Bakı: "Azərbaycan heç zaman mülki əhalini hədəf almayıb"
14:15 - İshak Hersoq: “İsrail Azərbaycanla münasibətlərin inkişafına önəm verir”
14:10 - Azərbaycan XİN başçısı İsrail Prezidentini Ermənistanın təxribatları barədə məlumatlandırıb
Prezident Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 500 min manat ayırıb
Prezident İlham Əliyev noyabrın 7-də “Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sərəncama əsasən, Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.