SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib
22-10-2021, 15:43

Prezident İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu göndərib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Macarıstanın milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Biz Azərbaycan-Macarıstan münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət veririk. Strateji tərəfdaş olan ölkələrimizi birləşdirən sıx dostluq və əməkdaşlıq münasibətləri bu gün yüksək səviyyəli siyasi dialoq, iqtisadi-ticari, humanitar və digər sahələrdə yeni məzmunla zənginləşir.

Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələr, səmərəli əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031