SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
22-10-2021, 15:35

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin Sədri ikitərəfli əlaqələrdən bəhs edib, 2018-ci ildə İndoneziya nümayəndə heyətinin Naxçıvan İslam Mədəniyyətinin Paytaxı tədbirlərində iştirakını, eləcə də İndoneziya səfirlərinin Naxçıvan Muxtar Respublikasına səfərlərini xatırladıb. İkinci Qarabağ müharibəsində İndoneziyanın üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan Ali Məclisin Sədri keçirilən səmərəli görüşlərin bundan sonra da əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini diqqətə çatdırıb.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edən Hildi Hamid muxtar respublikada olmaqdan şərəf duyduğunu və Naxçıvanın hərtərəfli inkişaf etdiyini bildirib, bunu ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı kimi dəyərləndirib. Səfir muxtar respublika ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini və burada görülən işləri təcrübə mübadiləsi aparılmaqla İndoneziyada tətbiq etmək istədiklərini qeyd edib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031