SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyev: Rusiyanın sülhməramlı vasitəçiliyindən ümumilikdə razıyıq

Prezident İlham Əliyev: Rusiyanın sülhməramlı vasitəçiliyindən ümumilikdə razıyıq
13-10-2021, 15:49

Rusiyanın sülhməramlı vasitəçiliyindən ümumilikdə razıyıq. Bəzi xırda insidentlər istisna olmaqla, vəziyyət sabitdir. Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib ki, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar:

“Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq”.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031