SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident: "Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti özü bərpa etdi"

Prezident: "Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti özü bərpa etdi"
11-10-2021, 12:47

"Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, təxminən, 30 il ərzində Azərbaycan ərazilərinin 20%-dək hissəsini işğal altında saxlayıb və həm öz ərazisində, həm də Azərbaycan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumunun iştirakçılarına videoformatda müraciəti zamanı deyib.

“Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistanın Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini yerinə yetirməkdən imtina etdiyinə görə heç bir sanksiya ilə üzləşmədi. Ermənistan daha da irəli gedərək dövlət sərhədində və cəbhə xəttində hərbi təxribatlara əl atmaqla Azərbaycanı yeni müharibə ilə hədələməyə başladı”, - dövlət başçısı bildirib.

O, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hücuma başladığını və buna cavab olaraq, Azərbaycan ordusunun öz ərazilərində əks-hücum əməliyyatları keçirərək işğal edilmiş əraziləri azad etdiyini xatırladıb.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını diqqətə çatdırıb: “44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu. Azərbaycan hərbi-siyasi yollarla Bmt Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan 4 qətnaməsinin icra edilməsini təmin etdi, 30 illik münaqişəni həll etdi, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi”.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031