SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Prezidenti: "Qoşulmama Hərəkatı beynəlxalq arenada vacib rol oynayır"

Azərbaycan Prezidenti: "Qoşulmama Hərəkatı beynəlxalq arenada vacib rol oynayır"
11-10-2021, 12:27

"Yaradıldığı gündən etibarən Qoşulmama Hərəkatı beynəlxalq arenada vacib rol oynamaqdadır".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumunun iştirakçılarına videoformatda müraciətində bildirib.

Dövlət başçısı deyib ki, Qoşulmama Hərəkatının təməlini ərazi bütövlüyünə hörmət, aqressiv davranışlardan çəkinmə və daxili işlərə müdaxilə etməmə kimi prinsiplər təşkil edir: “Bu prinsiplər hazırkı beynəlxalq münasibətlərdə aktual və əhəmiyyətli olaraq qalır”.

Prezident İlham Əliyev ölkələrin ərazi bütövlüyünün pozulması və güc tətbiqinin yolverilməz olduğunu diqqətə çatdırıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031