SON DƏQİQƏ

naxcivanxeberleri.com

Araz kəndində içməli su və kanalizasiya şəbəkəsi qurulub

Araz kəndində içməli su və kanalizasiya şəbəkəsi qurulub
1-10-2021, 18:34

Yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkələrinin istifadəyə verilməsi insanların rahatlığına xidmət edən mühüm sosial tədbirdir. Muxtar respublikada bu sahədə kompleks işlər  həyata keçirilir, əhali ekoloji təmiz və dayanıqlı içməli su ilə təmin olunur. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni içməli su və kanalizasiya şəbəkələri qurulur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, oktyabrın 1-də Araz kəndində içməli su və kanalizasiya şəbəkəsinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Məlumat verilib ki, Babək rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi əsasında Araz kəndinə içməli su Nehrəm qəsəbəsinə çəkilmiş ana xətdən götürülərək verilir. Kənddə 14,3 kilometr içməli su xətti çəkilib, 53 ev birləşməsi aparılıb, sayğac quraşdırılıb, su şəbəkəsi üzərində 2 yanğın hidrantı, müxtəlif diametrli 22 siyirtmə və 2 suboşaldıcı qoyulub. Araz kəndində 8,8 kilometr daxili kanalizasiya şəbəkəsi çəkilib, 53 ev birləşməsi aparılıb, şəbəkə Babək şəhər kanalizasiya xəttinə qoşulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz kənd içməli su şəbəkəsinin açılışını bildirən qurğunu işə salıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031