SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibi genişləndirilib

Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibi genişləndirilib
23-09-2021, 16:36

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, sərəncamla Dövlət Komissiyasının tərkibinə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri sözləri də əlavə edilib.

Xarici İşlər Nazirliyi Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinə edilən dəyişiklik barədə Yaponiya tərəfinə müvafiq bildiriş göndərməlidir.

Qeyd edək ki, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Feyruz oğlu Ələsgərovdur.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031