SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubad şəhər stadionu yenidən qurulub - FOTO

Ordubad şəhər stadionu yenidən qurulub - FOTO
15-09-2021, 19:46

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, stadionun ümumi sahəsi 8980 kvadratmetrdir. Ərazidə ikimərtəbəli yardımçı bina və 400 nəfərlik tamaşaçı tutumuna malik 2 tribuna inşa edilmiş, sadə idman qurğuları quraşdırılıb, 30 yerlik avtomobil dayanacağı yaradılıb. Yeni tikilən ikimərtəbəli binanın birinci mərtəbəsində qarderob və digər köməkçi otaqlar, ikinci mərtəbədə isə qapalı tribuna yerləşir.

Süni örtüklü futbol meydançasının eni 45, uzunluğu isə 90 metrdir. Meydançanın ətrafında qaçış zolağı salınmış, ehtiyat oyunçular üçün hər biri 6 oturacaqdan ibarət 2 yer ayrılmış, monitor və 4 projektor quraşdırılıb.

Bina istilik, elektrik və su sistemi ilə təchiz olunub, həyətdə abadlıq işləri aparılıb.

Ali Məclisin Sədri stadionda rayondaxili və rayonlararası yarışların keçirilməsi, qurulanların qorunması ilə bağlı tapşırıqlar verib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031