SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İran nümayəndə heyəti ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İran nümayəndə heyəti ilə görüşüb
8-06-2021, 21:21

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, iyunun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin Sədri nümayəndə heyətini salamlayıb, onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə əlaqələrindən bəhs edən Ali Məclisin Sədri nəqliyyat sahəsindəki əməkdaşlığa diqqəti çəkib.

İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami Ali Məclisin Sədri ilə görüşdən və Naxçıvana səfərindən məmnun olduğunu qeyd edib, ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini bildirib, Qələbə münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930