SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yeni yaşayış binası sakinlərin rahatlığına xidmət edəcək - FOTO

Yeni yaşayış binası sakinlərin rahatlığına xidmət edəcək - FOTO
3-06-2021, 19:13

Muxtar respublikada yeni yaşayış binalarının istifadəyə verilməsi məskunlaşmanın artmasının və gənclərin sosial mənzil şəraitinin yaxşılaşdırılmasının göstəricisidir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, iyunun 3-də Şərur şəhərində yeni yaşayış binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb

Məlumat verilib ki, ümumi sahəsi 6 min 300 kvadratmetr olan yeni yaşayış binasının tikintisinə 2019-cu ilin aprel ayında başlanılıb. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada 40 mənzil vardır. Onlardan 10-nun ümumi sahəsi 75 kvadratmetr olmaqla iki, 20-nin ümumi sahəsi 95 və 102 kvadratmetr olmaqla üç, 10-nun isə ümumi sahəsi 120 kvadratmetr olmaqla dördotaqlıdır. Müasir kommunal şəraitlə təmin olunmuş mənzillər fərdi istilik sistemi ilə qızdırılacaqdır. 2 girişdən ibarət olan binada mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılıb.

Yaşayış binasının zirzəmi qatında yerləşən xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, məişət, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcəkdir. Binanın həyətində də geniş abadlıq işləri aparılıb.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930