SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təbiətə qayğı insan sağlamlığına qayğıdır - FOTO

Təbiətə qayğı insan sağlamlığına qayğıdır - FOTO
17-04-2021, 18:51

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təbətin insan sağlamlığında əhəmiyyətindən bəhs edərək demişdir: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır”.

Naxçıvan Muxtar Respublikasında təbiətin mühafizəsinə, yaşıllıq sahələrinin artırılmasına xüsusi diqqət və qayğı göstərilir. Muxtar respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Hər il yeni meyvə bağları, meşə zolaqları salınır, təbiətin zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Vaxtlı-vaxtında göstərilən aqrotexniki qulluğun nəticəsidir ki, artıq ağaclar məhsul verir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, aprelin 17-də muxtar respublikada iməciliklər keçirilmiş, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, "Naxçıvan Yaşıllaşdırma Xidməti" publik hüquqi şəxsin kollektivləri Naxçıvan şəhərindəki 55 hektarlıq badam bağında keçirilən iməcilikdə iştirak ediblər. Ötən illər ərzində badam bağında 12 min 800 badam, eləcə də 535 bəzək ağacı əkilmiş, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, ağaclara aqrotexniki qulluq göstərib, mövsüm ərzində badam bağında işlərin davam etdirilməsi barədə tapşırıq verib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31