SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident: "Azad edilmiş ərazilər Lüksemburqdan dörd dəfə böyükdür"

Prezident: "Azad edilmiş ərazilər Lüksemburqdan dörd dəfə böyükdür"
13-04-2021, 15:30

"Müharibədən sonra yalnız bir Avropa İttifaqı ölkəsinin xarici işlər naziri Azərbaycanla bağlı yersiz açıqlama verib".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində sualları cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının yalnız bir üzv dövləti – Lüksemburq müharibə dövründə və ondan sonra Azərbaycana qarşı tənqidlə çıxış edib: “Bütün bunlar bütövlükdə Aİ-yə münasibətdə dəyişikliklər yaradır. Müharibədən sonra Azərbaycanla bağlı yersiz açıqlamalar verən yalnız bir ölkə var idi. Ancaq səssizliyimizi qoruduq, yalnız Xarici İşlər Nazirliyimiz cavab verdi”, – o deyib.

Müqayisə üçün Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın azad etdiyi ərazilər Lüksemburqun özündən dörd dəfə böyükdür.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031