SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyev: Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir

Prezident İlham Əliyev: Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir
6-04-2021, 20:16

Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciətində deyilir.

Prezident İlham Əliyev bildirib:

"Biz 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edirik. Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artmışdır. Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir.

Hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930