SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ali Məclisin Sədri Sərəncam imzaladı

Ali Məclisin Sədri Sərəncam imzaladı
12-03-2021, 14:10

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 12-də 2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafının təmin edilməsi məqsədilə qərara alıram:

1. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icrası ilə bağlı ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin".

 

                           2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında

                       meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə

           D Ö V L Ə T   P R O Q R A M I

          1. Giriş

Muxtar respublikada aqrar sahənin inkişafı ilə bağlı görülən işlər, qəbul olunmuş dövlət proqramları kənd təsərrüfatında məhsul istehsalının həcmini artırmışdır. 2012-2015 və 2016-2020-ci illəri əhatə edən meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının icrası da bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, muxtar respublikada 2917 hektar meyvə bağı salınmış, tərəvəz əkini sahələri genişləndirilmiş, əhalinin ilboyu meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün yeni soyuducu anbarlar və istixana təsərrüfatları yaradılmışdır.

2021-2025-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı da əvvəlki proqramların icrası dövründə əldə edilmiş müsbət nəticələrin davamlılığını  təmin edəcəkdir.

2. Proqramın məqsədi

Proqramın məqsədi aşağıdakılardan ibarətdir:

  • meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması;
  • müvafiq sahədə ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi;
  • müasir texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin qurulması.

3. Gözlənilən nəticələr

Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:

  • daxili bazarda meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi;
  • ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması;
  • muxtar respublikanın rayonlarında relyef və iqlim şəraiti nəzərə alınmaqla yeni meyvə bağlarının salınması, tərəvəz əkinin genişləndirilməsi.

4. Dövlət Proqramının maliyyələşdirilməsi

          Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər dövlət büdcəsinin vəsaitləri, o cümlədən qanunvericilikdə  nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

5. Proqramın həyata keçirilməsi üzrə

T Ə D B İ R L Ə R    P L A N I

Tədbirin adı

İcraçılar

İcra müddəti

5.1.

Meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü məhsul istehsalının dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri

2021-2025-ci illər

5.2.

Meyvə-tərəvəz emalı müəssisələrinin qurulması

İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri

2021-2025-ci illər

5.3.

Meyvəçilik və tərəvəzçiliklə məşğul olan təsərrüfat sahiblərinin yüksək reproduksiyalı toxum sortları və tinglərlə  təmin edilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri

2021-2025-ci illər

5.4.

Muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracının davam etdirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi

2021-2025-ci illər

5.5.

Müasir tələblərə cavab verən soyuducu anbarların və istixana komplekslərinin qurulmasının davam etdirilməsi

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri

2021-2025-ci illər

5.6.

Meyvə-tərəvəz məhsullarının keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması, əkin sahələrində aqrokimyəvi analizlərin aparılması

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

Mütəmadi

5.7.

İstehsalçıların öz məhsullarını birbaşa istehlakçılara çatdırılması məqsədilə  yarmarkaların təşkilinin davam etdirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri

Mütəmadi

5.8.

Meyvə bağlarının və tərəvəz əkini sahələrinin sığortalanması işinin davam etdirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu, “Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi

2021-2025-ci illər

5.9.

Meyvəçilik və tərəvəzçilikdə mütərəqqi əkin və suvarma metodlarının tətbiq olunması

Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyətləri

2021-2025-ci illər

 

5.10.

Torpaq-iqlim xüsusiyyətləri və rayonlaşma nəzərə alınmaqla meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri

2021-2025-ci illər

5.11.

Muxtar respublikanın rayonlarında əkinçilik üçün yararlı olmayan torpaqlarda qərzəkli meyvə (cəviz, badam, püstə) bağlarının salınması

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri

2021-2025-ci illər

5.12.

Meyvə bağlarının salınması üçün müəyyənləşdirilmiş sahələrin xəritələşdirilməsi və uçotunun aparılması

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Dövlət Statistika Komitəsi

Mütəmadi

5.13.

Meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına dəstək verilməsi və yenilərinin yaradılması

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli yerli icra hakimiyyətləri

Mütəmadi

5.14.

Mövsüm ərzində növbəli və təkrar tərəvəz əkinlərinə üstünlük verilməsi

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri

2021-2025-ci illər

5.15.

Genetik fondun qorunması məqsədilə yerli meyvə və tərəvəz  sortlarının öyrənilməsi, çoxaldılması və yayılması

Azərbaycan Milli Elmlər Akademiyası Naxçı­van Bölməsi, Kənd Təsərrüfatı Nazirliyi

2021-2025-ci illər

5.16.

Meyvə bağlarında və tərəvəz əkini sahələrində istifadə olunan mineral gübrələrin, pestisidlərin standartların tələblərinə uyğunluğu­na nəzarət olunması

Kənd Təsərrüfatı Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

2021-2025-ci illər

 

5.17.

Meyvə-tərəvəz məhsulları istehsal­çılarının müasir texnika və avadanlıqlarla təminatının yaxşılaş­dırılması, aqroservis xidmətlərinin göstərilməsi

Kənd Təsərrüfatı Nazirliyi, “Naxçıvan Aqroservis”ASC

2021-2025-ci illər

5.18.

Yabanı meyvə və giləmeyvələrin toplanması, emalı və satışına dəstək verilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri

Mütəmadi

5.19.

Yaşıllaşdırma tədbirləri aparılarkən meyvə tinglərinin əkininə üstünlük verilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyətləri

Mütəmadi

5.20.

Meyvə və tərəvəz istehsal edən təsərrüfat sahibləri ilə maarif­ləndirici görüşlərin keçirilməsi, məhsul istehsalının artırılması və aqrotexniki qaydalara əməl olunması ilə bağlı bukletlərin hazırlanması və paylanması

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri

Mütəmadi

5.21.

Dövlət Proqramının icrası ilə bağlı teleradio və qəzet materiallarının hazırlanması

Muxtar respublikanın kütləvi informasiya vasitələri

Rübdə 1 dəfə

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ekim 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31