SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mehriban Əliyeva: "Şəhid analarının qarşısında baş əyirəm"

Mehriban Əliyeva: "Şəhid analarının qarşısında baş əyirəm"
8-03-2021, 10:14

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, M.Əliyevanın rəsmi "Instagram" hesabında yer alan təbrikdə deyilir:

"Əziz qadınlar!

Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz.

Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.

Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!"

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930