23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:47 - “Xalq yaradıcılığı günləri”nə start verilib
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:16 - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
18:55 - Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır - FOTO
18:53 - Külüsdə yeni nasos stansiyası istifadəyə verilib - FOTO
İlham Əliyev: "Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik"
"Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi. Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, yardım heç kimdən istəməmişik".
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında bildirib.
Dövlət başçısı deyib: “İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq. Bu gün heç kimdən asılı deyilik. İstənilən meyar üzrə, istənilən parametr üzrə iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik. İstər xarici borc, istər iqtisadi artım və istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından. Yəni, istənilən meyar üzrə biz qabaqcıl yerlərdəyik və bu sahədə şəffaflığı təmin etdik”.
Prezident qeyd edib ki, çox mötəbər təşkilat tərəfindən dünyanın 60-dan çox suveren fondlarının təhlili aparılıb. Bütün parametrlər və meyarlar üzrə Azərbaycan Dövlət Neft Fondu beşinci yerdədir.
“Mən demişəm, bu siyahı dərc edilsin, hər kəs görsün ki, hansı ölkələrin suveren neft fondları yaxud da, ehtiyat fondları orada göstərilib. Görün, biz kimləri qabaqlamışıq. Görün, Davos İqtisadi Forumunun hesabatına baxın, biz iqtisadi inkişaf, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq. Kimsə bizə kömək edib? Yox. Borca girmişik? Yox. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 18-19 faizini təşkil edir, bir də bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5-6 dəfə çoxdur. Biz indi istəsək sabah, birisi gün, bir aydan sonra bütün xarici borcumuzu ödəyə bilərik. Yəni, bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq, işğal olunmuş ölkə kimi qazanmışıq, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanmışıq. Bu, Vətən müharibəsi üçün iqtisadi, siyasi, daxili sabitlik sahələrində hazırlıq. İndi baxın, Azərbaycana nə qədər xaricdən investisiyalar qoyulur. Bunun əsas amili daxili sabitlikdir”, - Prezident İlham Əliyev vurğulayıb.