23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:47 - “Xalq yaradıcılığı günləri”nə start verilib
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:16 - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
18:55 - Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır - FOTO
18:53 - Külüsdə yeni nasos stansiyası istifadəyə verilib - FOTO
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Ali Baş Komandan bütün işlərə rəhbərlik edən şəxs kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.
Dövlət başçısı bildirib:
"Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir. Ali Baş Komandan bütün işlərə rəhbərlik edən şəxs kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır. Onları biz hətta müharibə dövründə o zəif yerləri düzəltdik. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq, olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz yəqin ki, elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər".