09:28 - Rəcəbov və Məmmədyarovun Aronyanla görüşünün vaxtı bilindi
09:18 - Bu gün deputatlar 18 məsələnin müzakirəsinə toplaşır
09:10 - Türkiyədə son sutkada koronavirusdan 65 593 nəfər sağalıb
09:00 - “Xalq yaradıcılığı günləri”nə start verilib
00:30 - Günün qoroskopu
23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
Azərbaycan Prezidenti: Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi
Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.
Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk".