19:13 - Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
18:46 - NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
18:16 - Avropa çempionatı: Cüdoçumuz bürünc medal görüşünə vəsiqə qazandı
18:00 - Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
17:43 - Azərbaycanda koronavirusa 2 144 yeni yoluxma qeydə alınıb, 33 nəfər vəfat edib
17:30 - KƏNGƏRLİ KƏTƏSİ
17:09 - 700 İLLİK MƏDƏNİYYƏT MƏBƏDİ
16:30 - İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var
16:10 - Aşığın haqq aşiqliyi
15:40 - Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
15:12 - ÜST: Dünyada koronavirusla bağlı vəziyyət həyəcan doğurur
14:55 - Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
14:45 - Naxçıvan mətbəxində çay süfrəsi
14:18 - HƏR FƏSİLDƏ GÖZƏL OLAN NAXÇIVAN
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Biz artıq Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələrinin şahidi olduq. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək mövqelərimizi gücləndirəcəyik və sülhə töhfə verəcəyik. Çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır. Biz beynəlxalq hüququn işləmədiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində icra edilmədiyini, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunmadığını, Ermənistanın cəzalandırılmadığını və sonsuz danışıqların dalana dirəndiyini görəndə ədaləti özümüz bərpa etməli olduq. Yəni, beynəlxalq hüquq işləmədiyi halda, o, güc vasitəsilə həyata keçirilməlidir. Biz buna nail olduq və bunu bütün dünyaya nümayiş etdirdik.
Ancaq biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik. Beləliklə, bizim hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunması işinə töhfə verəcək. Bir daha xoş gəlmisiniz. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi və həmkarlarınızla səmərəli iş aparmağı arzulayıram".