SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq

Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
3-03-2021, 17:52

Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının videokonfrans formatında Zirvə toplantısı keçiriləcək və biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığı müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə bir daha toxunaraq qeyd etmək istəyirəm ki, biz diqqətimizi iqtisadiyyat sahəsində cəmləşdirəcəyik. Buraya energetika və nəqliyyat sahəsi aiddir. Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq. Beləliklə də biz əməkdaşlığımızı bu sahədə də genişləndirmiş olacağıq".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930