19:42 - Azərbaycanın milli parklarının yaz görüntüləri-FOTO
19:23 - Naxçıvanda birləşmə və hissələrin rabitə bölmələri ilə taktiki məşğələ keçirilib-FOTO-VİDEO
19:10 - Deputat şəhid ailələri ilə görüşdü-FOTO
18:59 - Mühasiblər üçün növbəti təlim keçirilib-FOTO
18:34 - Rusiyada iki alpinist itkin düşüb
18:21 - İstanbulda dünyanın ən böyük Türkiyə bayrağı ucaldılıb
18:17 - AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası olub
17:29 - Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
17:18 - Mövlut Çavuşoğlu: "Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik"
17:12 - Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
17:00 - Naxçıvan Beynəlxalq Hava Limanındataktiki-xüsusi təlim keçirilib -FOTO
16:51 - Peyvənd olunanların sayı açıqlandı
16:46 - Azərbaycanda daha 1 809 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb
16:41 - Səhiyyə naziri vəzifəsinin icrası Teymur Musayevə tapşırıldı
16:35 - Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edilib
İlham Əliyev: “Çıxışlarımda statusun ünvanını göstərmişəm, status haradadır, onu hər kəs bilir”
“Öz çıxışlarımda statusun ünvanını göstərmişəm. Bir daha ora qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir”.
NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
“Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistan və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bax bu günə salan səbəblərdən biri də məhz bu idi: xülya, iddia, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynayıblar. Ona görə də status məsələsi ümumiyyətlə gündəlikdən çıxarılmalıdır”, - dövlət başçısı söyləyib.