SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident: "10 noyabr bəyanatı tam icra edilməsə Ermənistan daha da ağır duruma düşəcək"

Prezident: "10 noyabr bəyanatı tam icra edilməsə Ermənistan daha da ağır duruma düşəcək"
26-02-2021, 11:43

"Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarı ilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq. Xüsusilə də belə həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.

"Noyabrın 10-da imzalanan bəyanat icra edilir və tam icra edilməlidir. Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranan vəziyyətə baxmayaraq bəyanat icra ediləcək. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Ermənistanın qarşısında seçim o qədər də böyük deyil və yeni reallıqla barışmalı və hesablaşmalıdır", - dövlət başçısı əlavə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930