SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyev: Laçın və Zəngilanda da aeroport tikmək planımız var

Prezident İlham Əliyev: Laçın və Zəngilanda da aeroport tikmək planımız var
26-02-2021, 11:38

"Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Dünən şəhid ailələri ilə görüşüm Ermənistandakı hadisələrdən əvvəl idi. Bu çıxışımdan sonra hadisələrdən məlumat aldım. Hadisələr göstərdi ki, mən haqlı idim".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.

"Çünki bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir.

Onlar nə qədər torpaqlarımızı işğal altında saxlamaq istəyidirlərsə, o qədər asılı vəziyyətə düşürdü. Ermənistanı ardıcıl şəkildə bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim.

Açıq şəkildə dəfələrə deyirdim ki, bu siyasəti o vaxta qədər aparacağıq ki, torpaqlarımız işğaldan azad olunsun. İşğal altında olan ərazilərimizdən silahlı qüvvələrini çıxartsınlar, sonra əməkdaşlıq da ola bilər, siyasətimizdə də dəyişiklik ola bilər. Əfsus ki, nə əvvəl, nə sonra çağırışlarımıza qulaq asmadılar. Qulaq assaydılar belə rəzil duruma düşməzdirlər", - dövlət başçısı əlavə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930