SON DƏQİQƏ

11:32 - Moskvada əlverişsiz hava şəraiti səbəbindən 54 reys gecikib və ya ləğv edilib

11:24 - Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub-FOTO

11:17 - Azərbaycan Prezidenti: "Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq"

11:13 - Rumıniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib-FOTO

11:07 - Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı qonşu ölkələrə qaz təchizatının genişləndirilməsinə şərait yaradır

11:00 - Küləkli və yağıntılı hava şəraiti bu gün axşamadək davam edəcək - FAKTİKİ HAVA

10:52 - Avropa Şurası yanında Azərbaycanın daimi nümayəndəsinə yeni səlahiyyət verilib-SƏRƏNCAM

10:47 - İlham Əliyev: "Avropaya qaz ixracımızı artırmaq üçün resurslarımız, qarşılıqlı siyasi iradəmiz və yüksək səviyyədə etimadımız var"

10:44 - Prezident: "Biz enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq"

10:41 - Prezident: "Bu enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq"

10:37 - Azərbaycan neftinin qiyməti aşağı düşüb

10:30 - Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq"

10:27 - Dövlət başçısı: "Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir"

10:24 - Prezident: "Bu görüş Rumıniyanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərə verdiyi əhəmiyyəti nümayiş etdirir"

10:21 - İlham Əliyev: "Rumıniya Prezidentinin bugünkü tədbirdə iştirakı göstərir ki, biz enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetiririk"

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
15-12-2018, 20:00

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Ali Məclisin Sədri qonaqları salamlayaraq deyib ki, Naxçıvan islam və türk dünyasının mərkəzində yerləşir. “Qurani-Kərim”də adı çəkilən Əshabi-Kəhf Ziyarətgahı, eyni zamanda Nuh peyğəmbərin məzarı Naxçıvandadır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsini, İslam Mədəniyyətinin Paytaxtı və TÜRKSOY-un tədbirlərinin birgə keçirilməsini yüksək dəyərləndirən Ali Məclisin Sədri deyib ki, ötən dövrdə muxtar respublikada türk-islam abidələri bərpa olunub.

Ali Məclisin Sədri Naxçıvanda Türk Universitetinin yaradılması, eləcə də müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafı sahəsində potensialın olduğunu bildirib.

Amina Əl-Həcri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin salamlarını Ali Məclisin Sədrinə çatdıraraq deyib ki, İslam Mədəniyyətinin Paytaxtları tədbirinin əsas məqsədi tarixi-mədəni abidələrə yeni baxış, onların bərpası və tanıdılmasıdır. Zəngin tarixi-mədəni irsə malik olan Naxçıvanda bu istiqamətdə mühüm işlər görülüb. Naxçıvan şəhərinin qədim tarixi ilə yanaşı, müasir inkişafı və təmizliyi də məmnunluq doğurur.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun salamlarını Ali Məclisin Sədrinə çatdıran Fırat Purtaş qeyd edib ki, 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşünün Naxçıvanda keçirilməsi və əməkdaşlığın inkişafı sahəsində qəbul edilmiş qərarlar bu gün uğurla reallaşdırılır. Naxçıvan bu işə öz töhfəsini verir. Bu gün Naxçıvan şəhərində yüksək səviyyədə keçirilən “Türküstandan Anadoluya irfan məktəbinin alimləri”nin 2-ci konfransı da bu tədbirlərin davamıdır. Fırat Purtaş, həmçinin vurğulayıb ki, TÜRKSOY və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında 3 illik əməkdaşlıq protokolu imzalanıb. Naxçıvan TÜRKSOY və İSESKO arasında, o cümlədən İslam Mədəniyyəti Paytaxtları ilə Türk Dünyasının Mədəniyyət Paytaxtları arasındakı əlaqələrin qurulması və inkişafı baxımından mərkəz rolunu oynayır.

Fırat Purtaş türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Ali Məclisin Sədrinə TÜRKSOY-un “25-ci il Xatirə Medalı”nı təqdim edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirlərinin dünyada və ölkəmizdə böyük maraqla qarşılandığını bildirib, yaradılan şəraiti və göstərilən dəstəyi yüksək dəyərləndirib, Ali Məclisin Sədrinə xatirə rəsmi hədiyə edib.

Ali Məclisin Sədri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin və TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını İSESKO-nun Baş direktoru və TÜRKSOY-un Baş katibinə çatdırmağı xahiş edib.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728