16:53 - DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib
16:47 - Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb
16:39 - Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
16:31 - Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
16:23 - Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:08 - Allahşükür Paşazadə: "Erməni kilsəsi öz xalqını müharibəyə sövq edir, yalan təbliğat aparır"
16:00 - Babək rayonunda məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib-FOTO
15:49 - Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
15:40 - Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
15:30 - Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
15:21 - COVID-19 əleyhinə peyvənd olunmayanlar Həcc ziyarəti edə bilməyəcək
15:11 - "CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
15:00 - Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
14:46 - Çin iyulun sonunadək əhalinin 40 faizini peyvəndləməyi planlaşdırır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa Rayon İcra Hakimiyyətinin binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri də XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci ildə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub.
Şuşa şəhərinin məşhur yerində - Cıdır düzünə yaxın bir ərazidə böyük şairin məzarı üstündə inşa edilən məqbərə dördkünc quruluşa malikdir və mərmərlə bəzədilmişdi. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat da sərgilənirdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən eksponatlar məhv edilib.