16:53 - DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib
16:47 - Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb
16:39 - Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
16:31 - Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
16:23 - Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:08 - Allahşükür Paşazadə: "Erməni kilsəsi öz xalqını müharibəyə sövq edir, yalan təbliğat aparır"
16:00 - Babək rayonunda məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib-FOTO
15:49 - Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
15:40 - Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
15:30 - Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
15:21 - COVID-19 əleyhinə peyvənd olunmayanlar Həcc ziyarəti edə bilməyəcək
15:11 - "CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
15:00 - Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
14:46 - Çin iyulun sonunadək əhalinin 40 faizini peyvəndləməyi planlaşdırır
Dövlət başçısı: "Mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb"
"Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Heç kimdə şübhə olmasın. Artıq bunu müstəqillik tarixi də göstərib, müstəqillikdən əvvəlki tarix də göstərib. Bütün dinlərin abidələri bizdə qorunur – kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib".
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Saatlı məscidini ziyarət edərkən deyib.
"Onlar nə ediblər? Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi. Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Yuxarı Gövhərağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir. Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb", - dövlət başçısı deyib.