18:13 - Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
17:59 - Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
17:30 - Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
17:12 - İlk kosmik hotelin inşası 2025-ci ilə planlaşdırılır
17:00 - “1 mart-Ümumdünya Mülki Müdafiə günü” münasibətilə interaktiv dərs keçirilib-FOTO
16:53 - DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib
16:47 - Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb
16:39 - Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
16:31 - Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
16:23 - Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:08 - Allahşükür Paşazadə: "Erməni kilsəsi öz xalqını müharibəyə sövq edir, yalan təbliğat aparır"
16:00 - Babək rayonunda məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib-FOTO
15:49 - Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
15:40 - Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
İlham Əliyev: "O vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum"
"Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var".
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən deyib.
"Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı.
Xanın vəziri olan insanın şərəfinə o vaxt - sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. İndi buna hər kəs təbii hadisə kimi baxa bilər, amma o vaxt - sosializm dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq doğrudan da fövqəladə bir hadisə idi. Məhz Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində o vaxt Azərbaycan buna nail ola bildi və bu yer də təsadüfən seçilmədi. Molla Pənah Vaqifin qəbri buradadır. Bu məqbərənin yaradılması və açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətin əlaməti idi. Digər tərəfdən bu məqbərənin Şuşada açılması bir daha təsdiq edirdi ki, Şuşa Azərbaycan şəhəridir",- Prezident bildirib.