SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ulu öndərin izi ilə: İlham Əliyev 39 il sonra eyni gündə Şuşada

Ulu öndərin izi ilə: İlham Əliyev 39 il sonra eyni gündə Şuşada
15-01-2021, 12:34

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan Şuşaya səfəri ümummilli lider Heydər Əliyevin bu şəhərə səfərinin 39-cu ildönümünə təsadüf edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,  ulu öndər Heydər Əliyev Şuşaya 1982-ci ilin yanvarın 14-də səfər edib.

Səfər çərçivəsində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin türbəsinin açılışı olub. Həmin səfərdə ulu öndəri müşayiət edənlər arasında gənc İlham Əliyev də olub.

Prezident İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı 1982-ci ildə Şuşada Natəvan bulağının qarşısında çəkilmiş fotonu nümayiş etdirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli - Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930