SON DƏQİQƏ

naxcivanxeberleri.com

ICESCO-nun Baş direktoru Qələbə münasibətilə xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib

ICESCO-nun Baş direktoru Qələbə münasibətilə xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib
13-01-2021, 16:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, qəbuldan sonra Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və nümayəndə heyətinin üzvləri ilə xatirə şəkilləri çəkdirib. ICESCO-nun Baş direktoru Qələbə münasibətilə Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

Salim bin Məhəmməd əl-Malik: Bu, Qələbəni əks etdirir. Burada Bismillahir Rəhmanir Rəhim deyilir. Burada deyilir ki, biz Qələbəni qeyd edirik və burada Allahın Məhəmməd peyğəmbərə kəlamları var.

Prezident İlham Əliyev: Çox sağ olun.

Salim bin Məhəmməd əl-Malik: Burada Zati-aliləri Prezident İlham Əliyev üçün yazılıb, Dağlıq Qarabağda Qələbəni qeyd edirik, bu, bizim loqodur. Zati-aliləri, bu qılıncın 100-dən çox yaşı var.

Prezident İlham Əliyev: Çox sağ olun. Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var. Təşəkkür edirəm.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031