SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Vətən uğrunda canlarından keçən övladlarını ehtiramla qarşıladı - FOTO

Naxçıvan Vətən uğrunda canlarından keçən övladlarını ehtiramla qarşıladı - FOTO
14-12-2020, 19:00

44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımız da döyüşlərdə qəhrəmancasına mübarizə apardılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, dekabrın 14-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub..

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər.

Şəhid olan hərbi qulluqçularımız Qədimov Güloğlan Nürəddin oğlunun və Vəliyev Vüsal İslam oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.

Sonra "Qurani-Kərim"dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib.

Şəhidlərin cənazələri doğulduqları qəsəbə və kəndə yola salınıb.

Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31