14:48 - ÜST daha bir pandemiya barədə xəbərdarlıq edib
14:37 - Cozef Bayden bir həftədə 43 qərar imzalayıb
14:30 - Sabaha olan hava proqnozu
14:21 - Nazirlik: İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb
14:11 - Dünya şahmat tacı uğrunda oyunun vaxtı və yeri açıqlandı
14:00 - “Toyota” son 5 ildə ilk dəfə avtomobil satışlarında lider oldu
13:50 - AFFA-nın Konfransı qapalı olacaq
13:41 - Epizootik vəziyyətlə bağlı hansı zəruri qaydalara əməl olunmalıdır?
13:35 - Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb
13:29 - Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb
13:21 - Ova qadağa nadir heyvan növlərinin sayını artırıb - Vəhşi təbiətdən görüntülər
13:11 - Sahibkarlar işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaq istəyirlər
13:00 - Müəllim olmaq üçün 3 mindən çox namizəd qeydiyyatdan keçib
12:50 - Ermənistan baş nazirinin müavini Moskvada keçiriləcək üçtərəfli görüşdən danışıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Dekabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, qonağı salamlayan Ali Məclisin sədri Seyid Abbas Musəvini ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. Ali Məclisin sədri Azərbaycan-İran əlaqələrindən, eləcə də Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əməkdaşlıqdan bəhs edib, ikitərəfli münasibətlərin perspektivlərini diqqətə çatdırıb.
Seyid Abbas Musəvi Ali Məclisin sədri ilə görüşdən və Naxçıvana səfərindən böyük məmnunluq duyduğunu bildirib. Azərbaycan Respublikasının şanlı qələbəsi münasibətilə Ali Məclisin sədrinə təbriklərini çatdıran səfir İranın Azərbaycana dəstək verdiyini və xalqımızın sevincinə şərik olduğunu vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni görüşdə iştirak edib.