13:00 - Qarlı hava neçə gün davam edəcək?
12:50 - Rusiyada son sutkada 612 nəfər pandemiyanın qurbanı olub
12:50 - Rusiyada son sutkada 612 nəfər pandemiyanın qurbanı olub
12:41 - Temperatur normadan 2 dərəcə aşağı enib, aran rayonlarında da şaxta olub
12:30 - Faktiki hava açıqlandı
12:22 - Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb
12:11 - Azərbaycanda ali təhsil müəssisələrinin işçilərinin attestasiyası keçiriləcək
12:00 - DİN saxta profillərlə bağlı xəbərdarlıq etdi
11:45 - Türkiyə şirkətləri azad edilmiş ərazilərin bərpasına dəstək üçün Azərbaycana gəlib
11:30 - Regionda yolların açılması Yerevanın xeyrinə olacaq - Ermənistan baş nazirinin müavini
11:19 - Xınalıq yolu buz bağladı
11:11 - Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı iclas keçiriləcək
11:00 - Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb
10:30 - Azərbaycanda propilen və polietilen istehsalı ötən il artıb
10:21 - Bu gündən şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb
Azərbaycan Prezidenti: Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb
Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxışında deyib.
Dövlət başçısı bildirib:
"Təqribən bir aydır ki, atəşkəsə əməl olunur. Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır.
Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir.
Bu, Ermənistanın destruktiv yanaşmasının yeganə nümunəsi olmamışdır. Ermənistan BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi təşəbbüsünün əleyhinə çıxış etmişdir. Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışmışdır. Ermənistanın bu təşəbbüsə etiraz etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən irəli sürülməsi olmuşdur".