00:30 - Günün qoroskopu
23:45 - Çinli mütəxəssislər Pfizer peyvəndinin yaşlılara vurulmasına qarşıdır
22:57 - ABŞ kubalı nazirə qarşı sanksiya tətbiq edib
22:21 - Naxçıvan: İnkişaf edən, logistik mərkəzə çevrilən qədim diyar - FOTO
22:10 - Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib
20:47 - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib
20:33 - Kainatın ən qədim planeti aşkar edilib
20:19 - Şahmatçılar “Şəhidlər ölməz Vətən bölünməz” devizi altında yoldaşlıq görüşü keçirəcəklər
20:06 - İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
19:52 - BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
19:42 - Muxtar respublikada növbəti humanitar tibbi aksiyalara start verilib-FOTO
19:31 - Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 27-də Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin qorunması və artırılması istiqamətində sistemli tədbirlər görülür, meliorasiya və irriqasiya işləri diqqətdə saxlanılır. Hər il müasir hidrotexniki qurğular tikilərək istifadəyə verilir, mütərəqqi əkin və suvarma üsullarının tətbiqi ilə torpaqların münbitlik göstəriciləri və su təminatı yaxşılaşdırılır, deqradasiyaya məruz qalan torpaq sahələrinin sahəsi azaldılır.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirsin və hər ilin yekununda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin".