12:22 - Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb
12:11 - Azərbaycanda ali təhsil müəssisələrinin işçilərinin attestasiyası keçiriləcək
12:00 - DİN saxta profillərlə bağlı xəbərdarlıq etdi
11:45 - Türkiyə şirkətləri azad edilmiş ərazilərin bərpasına dəstək üçün Azərbaycana gəlib
11:30 - Regionda yolların açılması Yerevanın xeyrinə olacaq - Ermənistan baş nazirinin müavini
11:19 - Xınalıq yolu buz bağladı
11:11 - Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı iclas keçiriləcək
11:00 - Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb
10:30 - Azərbaycanda propilen və polietilen istehsalı ötən il artıb
10:21 - Bu gündən şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb
10:10 - Qanunsuz ov edən və ov məhsullarını satan şəxslər cəzalandırılıb
10:00 - Keçən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb
09:48 - Ötən il Azərbaycanda 3 500 kq-dən çox qızıl istehsal edilib
09:41 - Bakıya ilk qar yağdı
09:30 - Yanvarın 21-də xarici valyutaların manata qarşı məzənnələri
Prezident Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqı təbrik etdi
“Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur”.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
“Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”, - deyə Prezident əlavə edib.