13:09 - Millimiz Böyük Dəbilqəyə 13 cüdoçu ilə yollanacaq
12:30 - Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
12:22 - Avropa çempionatının vaxtı açıqlandı
12:15 - Ermənistanda COVID-19-dan ölənlərin sayı 3 190-a yüksəlib
12:02 - Sabah hava yağmursuz keçəcək
11:56 - Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb
11:47 - Yerevanda istefa tələb edənlər iki sutkadır çadırda gecələyir
11:34 - Bu il ağır COVID-19 xəstələrinin müalicəsi üçün dərman hazırlana bilər
11:29 - Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
10:54 - Qubadlı rayonunun Əfəndilər kəndi -VİDEO
10:36 - Çexiyada koronavirusa görə hərəkət 3 həftəlik məhdudlaşdırılır
09:54 - Azərbaycan güləşçisi qızıl medal görüşünə çıxacaq
09:30 - Naxçıvan dünən və bu gün
09:23 - Kanadada koronavirusa qarşı "AstraZeneca" peyvəndinin istifadəsinə icazə verilib
Prezident İlham Əliyev: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır
Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir. Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır. Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni, bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız hazırda tərtib edilir".