SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda şəhidlər ehtiramla qarşılanıb-FOTO

Naxçıvanda şəhidlər ehtiramla qarşılanıb-FOTO
13-11-2020, 15:52

Sentyabrın 27-də ordumuz erməni təxribatının qarşısını almaq məqsədilə Vətən müharibəsinə başlamış və Azərbaycan 30 il işğal altında olan torpaqlarımızı azad edərək noyabrın 10-da böyük qələbə qazanmışdır. Bu tarixi qələbə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli milli ordumuzun şücaəti nəticəsində mümkün olmuşdur. Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımız da döyüşlərdə qəhrəmancasına mübarizə aparmışlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,noyabrın 13-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, şəhidlərin ailə üzvləri də tədbirdə iştirak etmişlər.
Şəhid olan hərbi qulluqçularımız Qurbanov Xansu Elsevər oğlunun, İsmayılov Əmrah Xudaverdi oğlunun, İbrahimov Ruzi Əliağa oğlunun, İbrahimov Ayaz Sultan oğlunun, Novruzlu Ümid Bahadur oğlunun, Məmmədəliyev Saday Rza oğlunun, Babayev Şamil Baloğlan oğlunun, Dünyamalıyev Ceyhun Zeynal oğlunun, Tağıyev Azər Kamil oğlunun, Məmmədov Kəmaləddin İsrail oğlunun, Əsgərov Təbriz Çapay oğlunun, Mirzəyev Aslan Məqsud oğlunun, İbrahimov Qurban Namiq oğlunun və Yüzbaşyev İsmayıl Fəzayıl oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı.
Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi.
Şəhidlərin cənazələri doğulduqları şəhər və kəndlərə yola salındı.
Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.
Vətənpərvərlik hər bir insanın daxilindəki ali hissdir. Vətənə xidmətdə isə bu hissdən böyük heç nə yoxdur. Buna görədir ki, oğullarımız torpaq uğrunda mübarizəyə ölümün gözünə dik baxaraq yollandılar. Böyük qəhrəmanlıq və şücaət göstərməklə şəhidlik zirvəsinə yüksələrək azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırdılar. Vətən uğrunda canlarından keçənlər isə əbədi yaşayacaqlar.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Kasım 2022    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930