21:34 - Naxçıvan Müəllimlər İnstitutunda elmi-nəzəri konfrans keçirilib-FOTO
20:52 - İdman klublarının şagirdləri arasında şəhər birinciliyi keçirilib
20:21 - UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
20:16 - Arıçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir
19:36 - Ceyhun Bayramov Ukraynaya səfərə dəvət olundu
19:24 - Naxçıvan milli dəyərlərimizin qoruyucusu və yaşadıcısıdır
19:09 - Şəhriyar müasirləşən yaşayış məntəqələrimiz sırasındadır
19:01 - “Qəhrəmanlar unudulmur” devizi altında portret sərgi təşkil edilib
18:37 - Məktəblilər üçün “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib-FOTO
18:26 - Ali təhsil ocağında təqdimat mərasimi keçirilib
18:19 - Babək rayonunda bələdiyyələr üçün seminar keçirilib -FOTO
18:02 - Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb
17:30 - Fevralın 25-nə USD/AZN rəsmi məzənnəsi
17:12 - Məktəblilər arasında Robotexnika üzrə“Robotunu yarat” müsabiqəsi keçirilib-FOTO
17:00 - Dövlət qulluğunda vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsinə start verilib
Prezident İlham Əliyev: Bu bəyanatın imzalanmasının səbəblərindən biri də Şuşanın işğaldan azad edilməsidir
Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində söyləyib.
“Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”, - deyə dövlətimizin başçısı qeyd edib.