23:29 - Culfa rayon mərhələsinin qalibi bəlli olub-FOTO
22:46 - Buraxılış imtahanlarının nəticələri açıqlanıb
22:33 - İdmançımız dünya çempionatında iştirak edir-FOTO
22:08 - Türkiyə Suriyada təhlükəsizlik zonalarının genişləndirilməsini müzakirə edir
21:58 - Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir
21:37 - Dövlət Gömrük Komitəsinin sədri “Mazımqara” gömrük postunda mövcud vəziyyətlə tanış olub-FOTO
21:15 - Prezident: "Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik"
21:05 - Prezident və xanımına Zəngilan şəhərinin Baş planı təqdim olunub-FOTO
21:03 - Zəngilanda İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub-FOTO
20:38 - Türkiyə aviasiyası İraqda 14 terrorçunu zərərsizləşdirib
20:04 - Mehriban Əliyeva Zəngilan səfərindən növbəti paylaşım edib
20:01 - Kuba Prezidenti İlham Əliyevi təbrik edib
19:43 - Sosial xidmət göstərilən ahıl sakinlər üçün təbiət gəzintisi təşkil olunub-FOTO
Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib - FOTO
Ümummilli lider Heydər Əliyev deyib: "Torpaqlarımızın azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, müstəqil Azərbaycanın xoşbəxt günü gəlib çatacaqdır". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu davam etdirərək Azərbaycanı qüdrətli dövlətə çevirib. Bu gün ordumuz torpaqlarımızı işğaldan azad edir, tarixi ədalət bərpa olunur. Döyüş meydanında əsl vətənpərvərlik göstərən igid oğullarımız Vətən yolunda öz adlarını ən uca zirvəyə-şəhidlik zirvəsinə yazırlar. Torpağa məhəbbət, vətənpərvərlik isə onu qorumaqla yanaşı, həm də əkməklə, zəhmətə qatlaşıb bol məhsul yetişdirməklə, bağlar, yaşıllıqlar salmaqla mümkün olur.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, oktyabrın 31-də muxtar respublikada şəhidlərin xatirəsinə meyvə bağları və yaşıllıqlar salınıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarındakı 4 hektar ərazidə keçirilən ağacəkmədə iştirak ediblər. Burada 3 hektar sahədə meyvə bağı salınmış, ərazidəki 1 hektar meyvə bağında isə bərpa əkini aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ağacəkmədə iştirak edib.
Bildirilib ki, cari ilin payızında muxtar respublikada 265 hektar sahədə yaşıllaşdırma tədbirləri aparılacaqdır ki, bunun da 41,3 hektarını yeni meyvə, 3,3 hektarını isə üzüm bağları təşkil edəcəkdir. Yeni meyvə bağlarının salınmasında cəviz, badam, ərik, şaftalı və digər tinglərdən istifadə olunacaqdır. Əvvəlki illərdə salınmış 78 hektar sahədə bərpa əkini keçiriləcək, 2,5 hektarda toxmacarlıq yaradılacaq, 140 hektar sahədə isə toxumla əkin aparılacaqdır.
Ali Məclisin Sədri tinglər əkib, muxtar respublikada ağac əkinlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.
Muxtar respublikada şəhidlərin xatirəsinə həsr olunan ağacəkmədə 19 min 542 sakin iştirak edib, 14 hektar yeni meyvə bağları salınıb, 41 hektarda bərpa işləri aparılıb, 12 mindən artıq meyvə və meşə tingləri əkilib.