SON DƏQQƏ

naxcivanxeberleri.com

AZƏRTAC-ın bir sıra əməkdaşlarına xidməti pasport veriləcək

AZƏRTAC-ın bir sıra əməkdaşlarına xidməti pasport veriləcək
29-10-2020, 18:52

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilir:

2-ci hissəyə “dövlət orqanlarının,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin,” sözləri əlavə edilsin.

Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilir:

“2.1-1. Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin idarəetmə orqanlarının rəhbərləri (üzvləri);”.

Aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilir:

“4-1. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş redaktorları, redaksiya müdirləri, baş müxbirləri, böyük fotomüxbirləri, xarici ölkələrdə çalışan müxbirləri.”.

5.3-cü bəndə “işçiləri” sözündən sonra “və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) xarici ölkələrdə çalışan müxbirləri” sözləri əlavə edilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031