SON DƏQQƏ

naxcivanxeberleri.com

Babək qəsəbəsinə şəhər statusu verildi

Babək qəsəbəsinə şəhər statusu verildi
29-10-2020, 18:11

Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 128-VIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alınır:

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Babək rayonu” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

59.3-cü sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Babək qəsəbəsi” sözləri “Babək şəhəri” sözləri ilə əvəz edilsin.

59.4-cü sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Cəhri kəndi” sözləri “Cəhri qəsəbəsi” sözləri ilə əvəz edilsin.

59.17-ci sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Nehrəm kəndi” sözləri “Nehrəm qəsəbəsi” sözləri ilə əvəz edilsin.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031