SON DƏQQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq

Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq
25-10-2020, 10:50

Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev “Fox News” televiziya kanalına müsahibəsində jurnalistin "1994-cü ildə Siz müharibədə məğlub oldunuz. İndi 2020-ci ildə isə Siz müharibədə qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz" sualına cavab olaraq deyib.

Dövlət başçısı bildirib:

"Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi.

İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir. Biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031