21:30 - Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi çempion olub
20:56 - Monitorinqlər davam etdirilir
20:20 - Naxçıvan Dövlət Universitetində tələbələrlə maarifləndirici görüş keçirilib
19:46 - Türkiyənin xarici ticarət dövriyyəsi 248 milyard dolları ötüb
18:47 - Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
18:02 - Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün müsabiqə başa çatıb
17:35 - Vladimir Solovyov: “Öz adımdan Azərbaycandan üzr istəyirəm”
17:17 - Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır
17:02 - Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb-FOTO
16:45 - Qazlı içkilərin insan orqanizminə təsiri
16:12 - Dəniz nəqliyyatı işçiləri təltif edilib - SİYAHI, SƏRƏNCAM
16:07 - “Nağdsız hesablaşmalar haqqında” qanunun əhatə dairəsi genişləndirilib
Prezident İlham Əliyev: Bu gün bölgədə Türkiyənin iştirakı, razılığı olmadan hər hansı bir məsələ həll edilə bilməz
Türkiyənin güclənməsini istəməyənlərin kimlər olduğu bəllidir. Bir çox ölkələrdə belə dairələr var. Bu, islamofob dairələrdir. Təəssüf ki, bu gün Avropada islamofobiya artır. İslamofob partiyalar bu gün bir neçə Avropa ölkəsində parlamentdə yer alırlar. Radikal faşist partiyalar daha çox səs qazanırlar. Bu, çox təhlükəli bir meyildir. İlk növbədə, Avropa üçün təhlükəli meyildir. Eyni zamanda, islamofob qüvvələrlə yanaşı, Türkiyənin gücündən narahat olan dairələr var.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində səsləndirib.
Bu gün Türkiyənin dünyada söz sahibi olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir. Bölgədə Türkiyənin iştirakı, razılığı olmadan hər hansı bir məsələ həll edilə bilməz. Suriya, Liviya, ondan sonra Aralıq dənizi – bütün bunlar onu göstərdi. Ona görə bunlar Türkiyənin gücünü istəməyən və bundan narahat olan qüvvələrdir. Bu, təbiidir”.
Prezident İlham Əliyev qeyd edib ki, Türkiyənin güclü olması Azərbaycanı, türk dünyasını da gücləndirir.